XƏBƏRLƏR / Fəlakət

Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb

Bu barədə Xayber-Paxtunxva əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb

Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub.

    “Dawn” portalı xəbər verir ki, bu barədə Xayber-Paxtunxva əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

    Avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub. Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib.

    "Proqnozlara görə, yağışlar avqustun 21-dək davam edəcək", - idarənin rəsmi nümayəndəsi Ənvər Şahzad bildirib.