Zelenski Kaxovskaya SES fəlakəti zonasına gəlib
Ukrayna Prezidenti bəndin partlayışının nəticələrinin aradan qaldırılması ilə bağlı Xersonda müşavirə keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin partlayışının nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən müşavirədə iştirak etmək üçün Xerson vilayətinə səfər edib.
Digər məsələlərlə yanaşı, əhalinin potensial daşqın zonalarından təxliyəsi, su basmış ərazilərdə həyat təminatının təşkili, regionun ekosisteminin yenilənməsi perspektivləri və texnogen fəlakət zonasında operativ hərbi vəziyyət müzakirə edilib.