Venesuelada zəlzələ qurbanlarının sayı 4118-ə çatıb
Bu barədə Milli Assambleyanın sədri Xorxe Rodrigez məlumat verib
Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4118-ə çatıb.
Bu barədə Milli Assambleyanın sədri Xorxe Rodrigez məlumat verib.
Rodrigez zəlzələlərdə ölənlərin sayının 229 nəfər artaraq 4118 nəfərə, yaralıların sayının isə 16740 nəfərə çatdığını açıqlayıb.
190 tikili tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, xəstəxanalarda və müalicə müəssisələrində 29 966 nəfər tibbi yardım alıb. 86 794 ailəyə dəstək göstərilib, fəlakət zonasına 9 766 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada yeraltı təkanlar olub. Təxminən 40 saniyəlik intervalla 7,2 və 7,5 maqnitudalı iki zəlzələ qeydə alınıb. Hər iki zəlzələnin episentri Yarakuy ştatının ərazisində, bir-birindən 10 km məsafədə yerləşib.
1 dəqiqə