Xəzərin Qazaxıstan sektorunda böyük neft ləkəsi əmələ gəlib
Ekoloji fəlakət haqda “Globus” Ekoloji və Hüquq Təşəbbüsü Mərkəzinin direktoru Qalina Çernova xəbər verib FOTO
Xəzər dənizində "Kaşaqan" yatağının yaxınlığında neft sızması aşkar edilib. Bu barədə “Globus” Ekoloji və Hüquq Təşəbbüsü Mərkəzinin icraçı direktoru Qalina Çernova "Facebook"-da məlumat verib.
Məlumatı Qazaxıstanın Atırau vilayətinin Ekologiya Departamenti şərh edib.
Onun sözlərinə görə, neft dağılması bu il martın 30-da kosmik monitorinq zamanı aşkar edilib.
“Bu kosmos monitorinqini həyata keçirən qrupun məlumatına görə, “Avropa Sentinel-1A peykinin 30 aprel (02:43 UTC) tarixli radar təsvirində Qazaxıstan yatağı və Kaşaqan neft hasilatı sahəsi yaxınlığında sızma aşkar edilib. Dağılma sahəsi təqribən 7 kvadratkilometr təşkil edir, ləkə Xəzər dənizinin şimalına doğru hərəkət edir”.
Qalina Çernovanın sözlərinə görə, hadisənin səbəbləri hasilat zamanı neftin təsadüfi və ya fövqəladə sızması, saxlanmalı və utilizasiya üçün quruya daşınmalı olan neft məhsulları olan hasilat suyunun axıdılması və ya xidmət gəmilərində yarana biləcək fövqəladə vəziyyət ola bilər.