Vaşinqtonda Tehranın nüvə silahı yaratmaq işi üzə çıxıb
ABŞ iyun ayında “həm üçüncü ölkə, həm də birbaşa kanallar vasitəsilə” İrana xəbərdarlıq göndərib
Vaşinqtonda Tehranın nüvə silahı yaratmaq işi üzə çıxıb.
ABŞ administrasiyası İran hakimiyyətinə xəbərdarlıq edib ki, o, bu ölkədə potensial olaraq nüvə silahı yaratmaq məqsədi daşıyan fəaliyyətlər aşkarlayıb.
Bu barədə Amerikanın "AXİOS" portalı məlumat yayıb.
Onun mənbələrinə görə, xəbərdarlıq iyun ayında “həm üçüncü ölkə, həm də birbaşa kanallar vasitəsilə” göndərilib. Nəşrin məlumatına görə, Amerika tərəfi Tehrana “İranın nüvə silahı yaratmaq üçün istifadə oluna biləcək tədqiqat fəaliyyətləri ilə bağlı dərin narahatlığını” ifadə edib.
“Birləşmiş Ştatlar və İsrail son aylarda iranlı nüvə alimlərinin şübhəli fəaliyyətini müəyyən edib”, “Rəsmilər nüvə silahı əldə etməkdə irəliləyiş əldə etmək üçün ABŞ prezident seçkilərindən istifadə etmək üçün İranın gizli səylərinin bir hissəsi ola biləcəyindən qorxurlar".
İsrail və ABŞ kəşfiyyat agentlikləri İranın hərəkətlərini və nüvə silahı ilə bağlı məsələlərdə ölkənin mövqeyində dəyişiklik olub-olmadığını anlamağa çalışırlar.
İran tərəfi əmin edib ki, ölkənin nüvə məsələsində kursunda heç bir dəyişiklik yoxdur, Tehran “nüvə silahının yaradılması üzərində işləmir”, - deyə nəşrin mənbələri qeyd edib.