Azərbaycanda təyyarə qəzasında həlak olanlar yad edildi
Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Azərbaycanda “Azərbaycan Hava Yolları” QSC-nin 4K-AZ65 dövlət nömrə nişanlı "Embraer 190" təyyarəsinin Aktau (Qazaxıstan) şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi yerli vaxtla saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.