XƏBƏRLƏR / Fəlakət

Hindistanda leysan yağışlar və qasırğa 89 nəfəri öldürüb

Bu barədə "The Times of India" qəzeti yazır FOTO

Hindistanda leysan yağışlar və qasırğa 89 nəfəri öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən çərşənbə günü leysan yağışlar və qasırğa gücündə küləklər ən azı 89 nəfərin həyatına son qoyub. “The Times of India” qəzetinin məlumatına görə, fırtına bir gün əvvəl Hindistanın ən çox əhalisi olan ştatlarından biri olan Uttar Pradeşdə baş verib.

    Qurbanların əksəriyyəti ağacların yıxılmasından və ya evlərin və digər binaların divarlarının uçması nəticəsində dağıntılar altında qalaraq ölüb. Bir neçə nəfər ildırım vurmasından ölüb.

    Yerli hakimiyyət orqanlarının xəbərinə görə, ştatda 53 nəfər xəsarət alıb.

    Uttar Pradeş hakimiyyəti yerli məmurlara təbii fəlakətin qurbanlarına bütün mümkün yardımı göstərməyi, eləcə də ziyanın qiymətləndirilməsini aparmağı tapşırıb. Bundan əlavə, Hindistan Meteorologiya Departamenti Cənubi Asiya respublikasının şimalında ildırım çaxacağı ilə bağlı əlavə xəbərdarlıqlar edib.