Ərdoğan fevralın 6-da zəlzələ bölgəsində olacaq
Həmin gün Türkiyədə 53 537 nəfərin ölümünə səbəb olan zəlzələdən 1 il keçir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı bölgədə gedən işlərlə tanış olması və zəlzələdən sonra inşası başa çatan iqamətgahları təhvil verməsi gözlənilir.
Bu barədə TRT Haber məlumat yayıb.
Bu çərçivədə həftə sonu Hatay və Qaziantepə gedəcək Ərdoğan həftə içi Kahramanmaraş, Şanlıurfa, Adıyaman və Elazığ vilayətlərinə səfər edəcək.
Ərdoğanın yaxın günlərdə zəlzələdən zərər çəkmiş digər əyalətlərə də səfər edəcəyi gözlənilir.