Xəzərdə ekoloji fəlakəti FHN və ictimaiyyət aradan qaldırır
Zirə kəndinin Dübəndi dəniz sahilindəki neftlə çirklənmiş ərazilər təmizlənir FOTO
IDEA ictimai birliyi Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Bakının Xəzər rayonunun Zirə kəndinin Dübəndi yaşayış massivində dəniz sahilindəki neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsinə başlayıb.

Tədbirdən əvvəl iştirakçıların yüksək səviyyədə təhlükəsizlik və sağlamlıq qorunmasını təmin etmək üçün onlara neft tullantılarının idarə olunması, fərdi qoruyucu vasitələrin düzgün istifadəsi və fövqəladə hallara cavab tədbirləri barədə ətraflı təlimatlar verilib.

Tədbir zamanı toplanan neft tullantıları zərərsizləşdirilmək üçün müvafiq qaydada utilizasiya edilib.




1 dəqiqədən az