Hollivud ulduzu Mel Gibson evinin Los-Ancelesdəki meşə yanğınlarında məhv olduğunu açıqlayıb.
Oskar mükafatlı kino ulduzu Malibudakı mülkünün tamamilə yandığını söyləyib və Kaliforniya qubernatoru Gevin Nyosomu böhranla əlaqədar tənqid edib: "Düşünürəm ki, bütün vergilərimiz yəqin ki, Gevinin saçının geli üçün xərclənib" .
Minlərlə binanın yanmasına və on minlərlə sakinin təxliyə edilməsinə səbəb olan meşə yanğınlarında ən azı 10 nəfər ölüb.
"Cəsur ürək" ulduzu təxminən 15 ildir bu mülkdə yaşayırmış.
Gibson ailəsinin təxliyə əmrinə əməl etdiyini və təhlükəsiz olduqlarını deyib.