XƏBƏRLƏR / Fəlakət

Türkiyədəki yanğında ölənlərin sayı 79 nəfərə çatıb

Bu barədə Türkiyə mətbuatı xəbər verir

Türkiyədəki yanğında ölənlərin sayı 79 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

    Türkiyə mətbuatı xəbər verir ki, yanğın zamanı həmçinin 51 nəfər də xəsarət alıb.

    Qeyd edək ki, Kartalkaya xizək mərkəzində 238 nəfərin qaldığı Grand Kartal oteldə saat 03.30 radələrində yanğın baş verib.

    12 mərtəbəli oteldə baş verən yanğın zamanı bəzi müştərilər təşviş içində özünü pəncərədən atıb.