Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı artır
Yüzlərlə insan dağıntılar altında qalıb

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1100 nəfəri keçib, 3200-dən çox yaralı var, "Reuters" Əfqanıstanın Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər verir.
"Tolo News" xəbər verir ki, ölkənin bir sıra əyalətlərində yüzlərlə insan dağıntılar altında qalıb və onların axtarışları davam edir.