XƏBƏRLƏR / Fəlakət

Sudanda torpaq sürüşməsi: 1000 nəfər ölüb

Bu barədə "Reuters" məlumat yayıb

Sudanda torpaq sürüşməsi: 1000 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sudanın qərbində baş verən sürüşmə nəticəsində 1000-dən çox insan həlak olub.

    Bu barədə "Reuters" məlumat yayıb.

    "Sudanın qərbindəki Marra dağları bölgəsində bir kəndi uçuran torpaq sürüşməsi nəticəsində azı 1000 nəfər həlak olub, yalnız bir nəfər sağ qalıb", - mənbə yazıb.

    Qeyd olunur ki, sürüşmə avqustun 31-də bir neçə gün davam edən leysan yağışlarından sonra qeydə alınıb.