Liviyada daşqından zərər çəkən şəhər boşaldılıb
Liviyanın şimal-şərqində qasırğa və daşqınlar səbəbindən 39 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb
Liviya hakimiyyəti daşqınlardan digər yaşayış məntəqələrinə nisbətən daha çox zərər çəkən Derna şəhərini bağlayıb və ora yalnız xilasetmə qrupları buraxılıb.
TASS xəbər verir ki, bu barədə təcili yardım xidmətinin rəhbəri Salem əl-Fərcani bildirib.
Dernanın bağlanması və təxliyələrin səbəbi hələ də dağıntılar altında ölmüş insan cəsədləri və heyvan leşlərindən yayıla biləcək epidemiya təhlükəsi olub.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Liviyanın şimal-şərqində qasırğa və daşqınlar səbəbindən 39 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.