İspaniyada daşqın qurbanlarının sayı 200-ü keçdi FOTO
Bu barədə regional fövqəladə hallar xidmətləri məlumat yayıb
İspaniyanın Valensiya vilayətində daşqın qurbanlarının sayı 202-yə çatıb, regional fövqəladə hallar xidmətləri X bildirib.
"El Español" dərgisi təbii fəlakət nəticəsində 250 nəfərin itkin düşdüyünü bildirib. Bununla belə, hakimiyyət orqanları itkin düşdüyü ehtimal edilən şəxslərin sayını hələlik açıqlamayıb.