XƏBƏRLƏR / Fəlakət

Su ehtiyatı 25% azalıb, Xəzərin səviyyəsi 2 metr aşağı düşüb

Bu barədə Su Ehtiyatları üzrə Dövlət Agentliyinin sədri Zaur Mikayılov elan edib FOTO

Su ehtiyatı 25% azalıb, Xəzərin səviyyəsi 2 metr aşağı düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zaur Mikayılovun sözlərinə görə, Azərbaycanda şirin su ehtiyatları 25% azalıb, Xəzər dənizinin səviyyəsi isə iki metr aşağı düşüb.

    Azərbaycanın Su Ehtiyatları üzrə Dövlət Agentliyinin sədri Zaur Mikayılovun sözlərinə görə, son 40-45 ildə Azərbaycanda şirin su ehtiyatları 25% azalıb.

    Bundan başqa, 1980-ci illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi təqribən iki metr, Kür çayı da eyni dərəcədə aşağı düşüb.

    "Bu, regionumuzda iqlim dəyişikliyinin canlı sübutudur. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrindən itkilər yüksək olaraq qalır və əhalinin yalnız üçdə birinin müasir kanalizasiya xidmətlərindən istifadə etmək imkanı var", - Mikayılov bildirib.