XƏBƏRLƏR / Fəlakət

Hindistanda leysan yağışlar nəticəsində ölən və itkin var

Bu barədə yerli NDTV məlumat yayıb

Hindistanda leysan yağışlar nəticəsində ölən və itkin var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın Kəlküttə şəhərinə leysan yağışları yağıb, bir neçə rayon su altında qalıb.

    Bu barədə NDTV məlumat yayıb.

    Telekanalın məlumatına görə, yağışların səbəb olduğu müxtəlif qəza və hadisələrdə ən azı 5 nəfər həlak olub.

    Şəhərin cənub və mərkəzi hissələrində subasması nəqliyyatın hərəkətinə, həmçinin şəhərətrafı qatarların və metronun işinə mane olub. Bir neçə məktəbdə tətil elan edilib.

    Hindistanın aparıcı aviaşirkətləri "Air India" və "IndiGo" sərnişinlərə reyslərdə gecikmələrin mümkünlüyü barədə məlumat veriblər.