"The Kathmandu Post" qəzeti mənbələrə istinadən xəbər verir ki, güclü sürüşmə və dağıdıcı daşqından ən çox zərər çəkən Şimali Nepalın iki rayonunda - Rasuva və Nuvakotda - təxminən 600 şagird itkin düşüb.
26 avqust səhəri baş verən daşqın nəticəsində 12 məktəb tamamilə dağılıb, daha 10 məktəbə ciddi ziyan dəyib. Bu məktəblərdən 22 müəllim və işçi heyəti də itkin düşüb. Nuvakot Təhsil İnkişafı və Koordinasiya Departamenti bildirir ki, hakimiyyət orqanları onları axtarmaq üçün əlindən gələni edir, lakin onların səyləri rabitə problemləri səbəbindən çətinləşir.
Yerli təhsil şöbəsinin məktəb müfəttişi Bidur Navaraj Sapkota bildirib ki, "yerdəki vəziyyət son dərəcə narahatedicidir". "Bəzi hallarda uşaqlarını tapa bilməyən sağ qalan valideynləri tapmışıq, digər hallarda isə sağ qalan şagirdlər itkin düşmüş valideynləri axtarırlar", Sapkota deyib.
1 dəqiqə