Beynəlxalq forum daşqınlar səbəbindən ləğv edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev belə deyib
Güclü daşqınlar səbəbindən iyunda keçiriləcək Astana-2024 beynəlxalq forumunu ləğv etmək qərarına gəldim.
Qazaxıstan KİV-i xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
"Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, - Tokayev "X"də (keçmiş Twitter) yazıb.