Fransada meşə yanğınlarına çevrilən bir neçə yanğını törətməkdə şübhəli bilinən gənc saxlanılıb.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı şəxsə rəsmi ittiham irəli sürülüb və o, həbsdə saxlanılıb.
İşin təfərrüatları ilə tanış olan mənbələrin məlumatına görə, o, iyulun 19-dan 24-dək Brinyol, Kabass və Ven-syur-Karami yaşayış məntəqələri ərazisində qəsdən yanğınlar törətməkdə şübhəli bilinir.
Məlumata görə, müşahidə kameralarının qeydləri əsas sübut olub.
Onu 15 ilə qədər həbs cəzası və 150.000 avro cərimə gözləyir.
Fransa artıq bir həftəyə yaxındır ki, on minlərlə hektar ərazini məhv edən və 200 mindən çox insanın təxliyəsinə səbəb olan meşə yanğınlarından əziyyət çəkir.
10:32
Fransa Prezidenti Emanuel Makron meşə yanğını vəziyyətini İkinci Dünya müharibəsindən bəri ən pis adlandırıb - 116.000 hektar artıq yanıb və 220.000 insan təxliyə edilib.
1 dəqiqə