Şimali Kiprdə gəmi qəzası nəticəsində ölü sayı 21-ə çatıb
Hazırda 7 nəfər itkin düşmüş hesab olunur
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
"TRT Haber"ə görə, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.
Bununla da qəza nəticəsində ölənlərin sayı 21-yə yüksəlib. Hazırda 7 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub. Faktla bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər həbs edilib.
1 dəqiqədən az