XƏBƏRLƏR / Fəlakət

Ərdoğan Zelenskidən sonra Putinlə də telefonla danışıb

Ərdoğan Kaxovskaya SES-sı ilə bağlı beynəlxalq komissiya yaratmaq təşəbbüsü ilə çıxış edib

Ərdoğan Zelenskidən sonra Putinlə də telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

    Bildirilir ki, Ərdoğan Putinlə söhbəti zamanı Kaxovskaya su elektrik stansiyası ilə bağlı beynəlxalq komissiya yaratmaq təşəbbüsü ilə çıxış edib.

    Qeyd edək ki, Türkiyə lideri daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.