AFP-in məlumatına görə, Filippində Kalmaegi tayfunu nəticəsində ölənlərin sayı 100-ü keçib.

Cəmi 24 saat ərzində rekord miqdarda yağış və genişmiqyaslı daşqınlar baş verən Sebu əyalətinə ən çox ziyan dəyib.

Hakimiyyət orqanlarının məlumatına görə, Sebuda ən azı 76 nəfər ölüb, onlarla insan itkin düşüb. Qonşu Neqros adasında Kanlaon vulkanının püskürməsi nəticəsində bir neçə ev dağılıb.

Sebu qubernatoru vəziyyəti "görünməmiş və dağıdıcı" adlandırıb.
Fəlakət bölgəsindən təxminən 800.000 insan təxliyə edilib.
1 dəqiqədən az