XƏBƏRLƏR / Fəlakət

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1056-ya çatıb

4500 nəfər itkin düşmüş hesab olunur

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1056-ya çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Mərkəzi Televiziyasının Nepal polisinə istinadən verdiyi məlumata görə, Nepalda baş verən güclü sürüşmə nəticəsində ölənlərin sayı 1056 nəfərə çatıb. 4500 nəfər itkin düşüb.

    Avqustun 26-da Nepalin şimalında güclü daşqın baş verib. Fəlakətə Çinlə sərhəddə, Rasuvaqadi sərhəd keçid məntəqəsindən təxminən 20 km şimal-şərqdə baş verən qar uçqunu səbəb olub. Qaya axını çay yatağı boyunca yüksək sürətlə 70 km-dən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və böyük bir ərazini su basıb.