XƏBƏRLƏR / Fəlakət

Nepal ölkələrin yardım təklifindən imtina edir

"Reuters" xəbər verir

Nepal ölkələrin yardım təklifindən imtina edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nepalın bir neçə şəhəri bürümüş dağıdıcı daşqından sonra axtarış-xilasetmə əməliyyatları üçün xarici yardıma ehtiyacı yoxdur. Bunu Nepalın Xarici İşlər Nazirliyi bildirib.

    Daşqın Çin sərhədi yaxınlığındakı Rasuva rayonu da daxil olmaqla əraziləri dağıdıb, şəhərləri yerlə yeksan edib, su elektrik stansiyalarına ziyan vurub və 500-ə yaxın insan həlak olub.

    Cənubi Koreya da daxil olmaqla, yüzlərlə xarici vətəndaş hələ də itkin düşmüş hesab olunur, onlar artıq Nepala yardım qrupu da göndərəcəyini bildiriblər.

    Xarici İşlər Nazirliyinin sözçüsü Lok Bahadur Çxetri əlavə təfərrüatlar vermədən deyib: "Yardım təklifi təbiidir. Təhlükəsizlik agentliklərimiz axtarış-xilasetmə əməliyyatı aparır. Hələlik bizim belə yardıma ehtiyacımız yoxdur".

    "Kathmandu Post" xəbər verir ki, Hindistan, Çin, ABŞ, İngiltərə, Yaponiya, Cənubi Koreya, Şri-Lanka və Banqladeş hökumətdən axtarış-xilasetmə qruplarına əməliyyata kömək etməyə icazə verməsini xahiş edib.