XƏBƏRLƏR / Fəlakət

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb

YENİLƏNİB

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:47

    Venesuelada baş verən zəlzələdən sonra təxminən 1,8 milyon insanın, o cümlədən 680 minə yaxın uşağın humanitar yardıma ehtiyacı var.

    Bu rəqəmlər BMT-nin Uşaq Fondunun (UNICEF) açıqlamasında yer alıb,

    Bəyanatda deyilir: “İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra humanitar yardıma ehtiyacı olan 1,8 milyon insanın təxminən 680 minini uşaqlar təşkil edir”.

    Təşkilatın Venesueladakı nümayəndəsinin sözlərinə görə, ölkədəki xəstəxanalar tam gücü ilə işləyir, minlərlə uşağın təmiz suya çıxışı yoxdur. Paytaxt Karakasda 432 məktəb, yəni regiondakı bütün təhsil müəssisələrinin üçdəbirindən çoxu zədələnib. Qalan məktəblər evsiz ailələr üçün sığınacaq kimi istifadə olunur.

    Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin gücü 7,2, ikincisi isə 7,5 bal olub. Son məlumatlara görə, ölənlərin sayı 1500 nəfərə çatıb, Xəsarət alan 3200-dən çox insan xəstəxanaya yerləşdirilib. Çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.

    ***

    12:34

    Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə yaxındır.

    3150 nəfər yaralanıb, 12721 nəfər evindən didərgin düşüb və 774 bina uçub.

    Ən çox zərər çəkən La Guaira ştatıdır.

    Bu barədə "Reuters" xəbər verir.

    Xarici xilasetmə qrupları uzun müddətdir dərin siyasi və iqtisadi böhran içində olan bir ölkənin əyaləti olan La Quairaya axışıb.

    Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.