XƏBƏRLƏR / Fəlakət

Pakistanda aramsız yağışlar 905 nəfərin həyatına son qoyub

Bu haqda Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb

Pakistanda aramsız yağışlar 905 nəfərin həyatına son qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanda iyunun 26-da başlayan musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində ölənlərin sayı 905-ə çatıb.

    Bu haqda Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

    Yağışların ən çox vurduğu bölgə Pəncab əyaləti olub. Üç çayın daşması nəticəsində əyalətdə 1,3 milyon hektar əkin sahəsi su altında qalıb.

    Avqustun sonundan indiyədək 4100-dən çox kənd və 4,2 milyon insan daşqınlardan zərər çəkib, 2 milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb.