İyunun 12-si Qazaxıstanda ümummilli matəm günü elan olunub
Bu barədə “Kazinform” agentliyi məlumat yayıb
Qazaxıstanın Abay bölgəsində baş vermiş güclü meşə yanğınları ilə əlaqədar Prezident Kasım-Jomart Tokayev iyunun 12-ni ölkədə ümummilli matəm günü elan edib.
Bu barədə “Kazinform” agentliyi məlumat yayıb.
Xatırladaq ki, meşə yanğınları nəticəsində Abay bölgəsində 14 nəfər həlak olub, 316 nəfər təxliyə edilib.