İzmirdə meşə yanğınları yaşayış məntəqələrinə çatıb FOTO
Bu barədə Türkiyə mediası xəbər verir
Türkiyədə meşə yanğınları davam edir.
Türkiyə mediası xəbər verir ki, 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir.

Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb.
Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb.

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib.
Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb.
1 dəqiqədən az