Tehranın suyu tükənir, paytaxtın köçürülməsi müzakirə edilir
Bu barədə İran mətbuatı yazır

Tehranın suyu tükənir - hakimiyyət paytaxtın köçürülməsini müzakirə edir.
İran böyük su böhranı ilə üz-üzədir: qurumuş çaylar, demək olar ki, boş su anbarları və onlarla şəhərdə su təchizatı məhdudiyyətləri.
Hökumət sözçüsü humanitar fəlakət riskini və paytaxtın bir həftəlik mümkün “bağlanmasını” açıqlayıb ki, bu da məktəblərin və dövlət qurumlarının işinin dayandırılması deməkdir.
Müzakirə olunan tədbirlərə işçilərin uzaqdan işləməsi, iş həftəsinin qısaldılması və hətta paytaxtın köçürülməsi daxildir.