XƏBƏRLƏR / Fəlakət

İspaniyada təbii fəlakət nəticəsində 158 nəfər ölüb

İspaniyada leysan yağışların səbəb olduğu 75 ilin ən güclü daşqınlarından biri baş verib

İspaniyada təbii fəlakət nəticəsində 158 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İspaniyanın Valensiya əyalətində baş verən daşqınlar nəticəsində ilkin məlumatlara görə, 155 nəfər ölüb, EFE bölgədəki fövqəladə xidmətlərə istinadən xəbər verir. Bundan əvvəl 92 nəfərin öldüyü bildirilirdi.

    Qurbanların əksəriyyəti regionun paytaxtı Valensiyadan 10 km aralıda yerləşən Paiporta şəhərindədir. Orada ən azı 45 nəfər ölüb. Ölkə üzrə ölənlərin ümumi sayı 158-ə çatıb - iki nəfər İspaniyanın mərkəzindəki Kastiliya-La-Mança muxtar icmasında, bir nəfər isə Malaga əyalətində ölüb.

    Oktyabrın sonunda İspaniyanın cənub və şərqində leysan yağışların səbəb olduğu 75 ilin ən güclü daşqınlarından biri baş verib. Ən çox Valensiya zərər çəkib, daşqının təsirini Əndəlusiya və digər bölgələr də hiss edib. Krallıq hökuməti həlak olanlar üçün üç günlük matəm elan edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İspaniyada baş verənləri Avropa faciəsi adlandırıb və Aİ-nin krallığa yardım edəcəyinə söz verib.

    Azərbaycan Prezidenti İlhamm Əliyev İspaniya Hökümətinin Sədri Pedro Sançezə baş saqlığı məktubu ünvanlayıb.