XƏBƏRLƏR / Fəlakət

Texasda daşqınlar nəticəsində ölənlərin sayı kəskin artır

Bu barədə CNN televiziyası xəbər yayıb FOTOREPORTAJ

Texasda daşqınlar nəticəsində ölənlərin sayı kəskin artır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Texasda daşqınlar nəticəsində ölənlərin sayı ən azı 82 nəfərə çatıb - CNN

    Xəbər verilir ki, 165 sakin ölümçül təhlükədən xilas edilib. Texas səlahiyyətliləri daşqınlarda itkin düşənlərin hamısını tapacaqlarına söz veriblər.

    Qeyd edək ki, 2025-ci il iyulun 4-dən 5-dək ABŞ-ın Texas ştatının mərkəzində böyük daşqınlar baş verib, ən azı 82 nəfər ölüb, yüzlərlə insan isə, ilkin olaraq, itkin düşüb. Həddindən artıq yağan yağışdan sonra Qvadalupe çayının sürətlə doqquz metr yüksəlməsi nəticəsində yaranan daşqınlar "fəlakətli" olaraq xarakterizə edilir.