XƏBƏRLƏR / Fəlakət

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı: 351 nəfər

"Reuters" xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı: 351 nəfər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

    "Reuters" xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

    "Geo News" kanalının xəbərinə görə, fəlakətin mənfi təsirləri bölgədə hələ də davam edir.

    Xayber Paxtunxva əyalətində bir çox ərazi “fəlakət zonası” elan edilib.

    Rəsmilər bildiriblər ki, insan itkisinin artmasından narahatdırlar.