XƏBƏRLƏR / Fəlakət

Fransanın cənubunu dəhşətli meşə yanğınları bürüyüb FOTO

Yanğınlar nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Fransanın cənubunu dəhşətli meşə yanğınları bürüyüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın cənubunda meşə yanğınında 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

    Aude departamentinin səlahiyyətliləri onlarla yaşayış məntəqəsinin sakinlərini təxliyə edib. Yanğın artıq 13 min hektara yaxın meşə sahəsini məhv edib, güclü külək və istilər yanğının sürətlə yayılmasına səbəb olub.

    Yanğının söndürülməsinə 2 minə yaxın yanğınsöndürən, iki təyyarə və dörd helikopter cəlb olunub. Yanğın on metrlərlə yüksələn qalın tüstü buludları ilə müşayiət olunur.

    Prokurorluq yanğının səbəbləri ilə bağlı araşdırmalara başlayıb. TF1 telekanalının efirində ifadə edilən Ribot meri Alen Kostanın sözlərinə görə, yanğın insan təqsiri üzündən başlayıb, “çox güman ki, kimsə siqaret kötüyü və ya buna bənzər bir şey atıb”.