Mərakeşdə baş verən zəlzələdə ölənlərin sayı 632-yə çatıb

Episentrdə yeraltı təkanların gücü 6,9 olub VİDEO

  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:20

    Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 632 nəfərə çatıb.

    Bundan əvvəl Mərakeş Xəbər Agentliyi (MAP) Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən 296 itki və 153 yaralı olduğunu bildirmişdi.

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Bundan sonra 4,8, 3,4, 3,2 və 3,3 bal gücündə daha bir neçə yeraltı təkan qeydə alınıb.

    Seysmoloqlar xəbərdarlıq edir ki, zəlzələdən sonra növbəti bir neçə saat və ya hətta gün ərzində təkrar təkanlar baş verə bilər.

    ***

    Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb, 153 nəfər xəsarət alıb.

    Mərakeşdən 80 km aralıda yerləşən Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə uçan evlərin görüntülərini dərc edir.

    Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

    Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçması qeydə alınıb.

    Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda xilasetmə qüvvələri ərazidə işləyirlər.

    Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel rəhbərlik etdiyi qurumun zəlzələdən zərər çəkmiş Mərakeşə dəstək verməyə hazır olduğunu açıqlayıb.

    Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    "Mərakeşdəki dağıdıcı zəlzələ ilə bağlı dəhşətli xəbərləri öyrəndim. Biz bu faciədə zərər çəkmiş hər kəslə və axtarış əməliyyatında iştirak edən xilasedicilərlə həmrəyik. Aİ bu çətin anlarda Mərakeşi dəstəkləməyə hazırdır", - deyə Şarl Mişel bildirib.