Bəxtiyar Hacıyevin evində axtarış aparılır
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib
Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin və atasının evində, həmçinin avtomobilində axtarış aparılması ilə bağlı məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətin bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.
Qeyd edək ki, B. Hacıyev ötən ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.