XƏBƏRLƏR / Kriminal

Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verilib

Baş Prokurorluğun mətbuat xidməti xəbər verir

Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistanın hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1970-ci il təvəllüdlü İran vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

    İmani Ali Abdollah 2025-ci ildə ölkəmizdə müəyyən olunaraq həbs edilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.