XƏBƏRLƏR / Məhkəmə

Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana 1 il vaxt verib

Tərəflər 2025-ci il noyabrın 12-dək irqi ayrı-seçkilik halları ilə bağlı sənədlər təqdim etməlidir

Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana 1 il vaxt verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik halları ilə bağlı sənədlər hazırlamaq üçün bir il vaxt verib

    Tərəflər qarşı tərəfin arqumentlərini təkzib etmək üçün materialları 2025-ci il noyabrın 12-dək təqdim etməlidirlər.

    Amma eyni zamanda məhkəmə Ermənistanda 1996-cı il sentyabrın 15-dək törədilmiş cinayət faktlarına baxacaq, çünki bu tarixə qədər Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanı imzalamamışdı.