XƏBƏRLƏR / Hava

Bəzi çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Bəzi çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq oktyabrın 29-u axşam 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.