Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
Avqustun 20-si gündüzdən başlayaraq 21-i gündüzədək Azərbaycanın şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
1 dəqiqədən az