XƏBƏRLƏR / Hava

Bəzi ərazilərdə küləkli hava davam edir

Faktiki hava

Bəzi ərazilərdə küləkli hava davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 24-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

    Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.