XƏBƏRLƏR / Hava

Bakıda duman müşahidə olunur

Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına hərəkət edib

Bakıda duman müşahidə olunur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda ölkə ərazisində duman müşahidə olunur. Duman ilin keçid dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir. Yer səthinə yaxin hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib.

    ETSN Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib.

    Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.

    Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq.