XƏBƏRLƏR / Hava

Sabah axşam yağış yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. 

Sabah axşam yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. 

    Amma axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

    Şimal və qərb rayonlarından başlayaraq, Azərbaycanın rayonlarında isə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olcaq.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq