XƏBƏRLƏR / Hava

Bəzi rayonlara intensiv yağış yağır

Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

    Düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.