XƏBƏRLƏR / Hava

Bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb

Faktiki hava

Bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 12-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 12-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

    Düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir. Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

    Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.