XƏBƏRLƏR / Hava

Güclü külək əsəcək, qar yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib

Güclü külək əsəcək, qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.