XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə külək güclənib

Faktiki hava

Bəzi yerlərdə külək güclənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 2-si saat 14:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.