XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə leysan və qar yağacaq, dolu düşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bəzi yerlərdə leysan və qar yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli, intensiv leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.