Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Zaqatalada 72 mm, Balakəndə 62 mm, Gədəbəydə 54 mm, Qaxda 39 mm, Göygöldə 33 mm, Şəkidə 31 mm, Yardımlı, Xınalıqda 21 mm, Tovuzda 20 mm, Qrızda 19 mm, Gəncədə 18 mm, Lerik, Şəmkirdə 17 mm, Lənkəranda 15 mm, Şahdağda 14 mm, Daşkəsəndə 13 mm, Qusar, Ceyrançöl, Oğuz, Ağstafa, Astara, Naftalan, Mingəçevir, Quba, Qəbələ, Yevlax, Goranboy, Xaçmaz, Göyçay, Tovuz, Tərtər, Bərdədə 11 mm-dək təşkil edib.
Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Şirvanda 16 m/s, Cəlilabadda 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.