Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə edilir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Bakıda və Abşeron yarımadasında 30 millimetrədək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133 faizini təşkil edir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəranda və Şamaxıda 10, Xaltanda, Tərtərdə və Lerikdə 9, Zərdabda 8, Lerik və Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba və Göyçayda 2, Cəbrayılda, Bərdədə, Qusarda, Qrızda, Oğuzda, Şəkidə (Kişçay), Biləsuvarda, Naftalanda, Balakəndə, Zaqatalada, Gəncədə, Goranboyda, Daşkəsəndə, Göygöldə, Yevlaxda, Ordubadda, Beyləqanda, İmişlidə, Şahdağda və Şabranda 1 millimetrədək olub.
Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək, saniyədə 8-13 metrə çatıb.
1 dəqiqə